“Gələcəyin Əsri Tanıtım Proqramı”| “Kaan”, “Hürjet”, “Anka-3”, “Atak-2”, “Gökbey” hansı yenilikləri qazandırdı?

2023/05/1683097669.jpg
Oxunub: 8670     10:58     03 May 2023    
Türkiyənin Milli Döyüş Təyyarəsinin (MMU) adı “Kaan” olaraq təyin olunub. Ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin ilk milli döyüş təyyarəsi olan “Kaan”ın adını açıqlayıb.

Ötən günlərdə Türkiyə Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) müəssisələrində “Gələcəyin Əsri Tanıtım Proqramı” keçirilib. Mərasimdə Türkiyənin Milli Döyüş Təyyarəsi, “Hürjet”, “Anka-3”, “Atak-2” və F-16 “Özgür” başda olmaqla bir çox yerli aviasiya məhsulları qonaqlara təqdim edilib.

MMU


• Türkiyə bu səviyyədə (5-ci nəsil) təyyarə istehsal edə bilən 5 ölkədən biri olub.

• Pilotsuz Uçuş Aparatları (PUA) və Havadan Xəbərdarlıq və Nəzarət (HXN) kimi platformalar və satın alınması planlaşdırılan digər elementlərlə əməkdaşlıq edə biləcək.

• Yeni nəsil silahlarla havadan-havaya döyüşdə supersəs sürətində daxili silah yuvalarından dəqiq zərbələr endirə biləcək. Süni Zəka (SZ) və Neyron Şəbəkə Dəstəyi ilə artırılmış döyüş gücünü təmin edəcək.

• MMU çərçivəsində “Yıldırım” Sınaq Mərkəzi, “Radar Kesit Alanı” Sınaq Mərkəzi və “Rüzgar Tüneli” Mərkəzi kimi dünyanın ən böyük sınaq mərkəzlərinin ölkəyə gətirilməsi təmin edilir.

• Sınaq məlumatlarının emal imkanlarının artırılmasının da önü açılacaq.

“Hürjet”


• Türkiyədə ilk dəfə reaktiv təyyarənin dizaynı və istehsalı “Hürjet” ilə həyata keçirilib.

• Döyüş pilotlarının eskadrilyalarda işə başlamazdan əvvəl təlim prosesində mühüm rol oynayacaq.

• Reaktiv Təkamül Təlimi çərçivəsində istifadə edilən T-38 və “Akrotim” nümayişlərində istifadə edilən F-5 təyyarələrinin əvəzinə Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına daxil edilməsi hədəflənir.

• “Hürjet” ilə “Iron Bird” (Dəmir Quş) Sınaq Mərkəzi, mühəndislik və təlim simulyatorları, yanacaq sınaq qurğusu, quşla toqquşma sınaq qurğusu kimi qurğular Türkiyəyə gətirilib.

• Bundan əlavə, pilot kabinəsi mexanizminin davamlılığı, ətraf mühitə nəzarət sistemi və aksessuar dişli çarxı istehsalı kimi imkanlar da təmin edilir.

• “Hürjet”in inkişafı çərçivəsində reaktiv təyyarələrin uçuş idarəetmə sistemi, uçuş idarəetmə kompüteri, “active side stick” və aktuator idarəedicisinin inkişaf etdirilməsi, aktuator inteqrasiyası və ətalətli sensor sistemini milli imkanlarla inkişaf etdirərək qabiliyyət əldə edilməsi həyata keçirilib.

• Milli Döyüş Təyyarəsi başda olmaqla 5-ci nəsil döyüş təyyarələrindən istifadə edəcək pilotların yetişdirilməsi üçün yerli və milli imkanlarla platforma istifadəyə veriləcək.

“Anka III”


• “Anka” Pilotsuz Uçuş Aparatları (PUA) ailəsinin 3-cü üzvüdür.

• Reaktiv mühərriki sayəsində daha sürətli, yüksək faydalı yük daşıma qabiliyyətinə sahibdir.

• Quyruqsuz quruluşu ilə radarda daha az görünəcək.

• Dost - Düşmən hava ünsürlərini aşkar edə edə biləcək.

• Kəşfiyyat, müşahidə və nəzarət, müxtəlif “hava-yer” sursatları ilə hücum, “hava-hava” sursatları ilə əks hava vasitələrinə qarşı hədəfli “ov daraması” həyata keçirə biləcək.

• Dost ünsürlərlə birlikdə əməliyyat və radiorele kimi bir çox missiyanı yerinə yetirə biləcək.

• “Anka III” sistemi “Anka” və “Aksungur” ilə birlikdə eyni yerüstü sistemlərlə idarə oluna biləcək.

“Atak-2”


• Artırılmış faydalı yük və sursat tutumu, müasir avionika sistemləri, azaldılmış logistika xərcləri və yüksək performans məqsədləri ilə tamamilə yerli və milli imkanlarla dizayn edilib.

• İsti, yüksək coğrafi şəraitdə və əlverişsiz hava şəraitində tapşırıqları yerinə yetirə biləcək.

• Müasir avionik sistemləri ilə oxşar helikopterlərlə müqayisədə rəqabətədavamlı və yenilikçi olması hədəflənib.

• Ağır sinif hücum helikopteri ilə Türkiyə hücum taktiki və kəşfiyyat helikopterləri sahəsində təcrübəsini dərinləşdirəcək.

• Türkiyə bu səviyyədə helikopter istehsal edən 3 ölkədən biri olub.

“Gökbey”


• Böyük kabin tutumu ilə tam təchiz olunmuş 12 hərbi qulluqçu daşımaq gücünə malikdir.

• Hərbi heyətin daşınması ilə yanaşı, yanğınsöndürmə, hava təcili yardımı, sahil təhlükəsizliyi, axtarış-xilasetmə, karqo və VİP istifadəsi üçün də inkişaf işləri davam edir.

• Yüksək hündürlükdə və temperaturda, gecə-gündüz şəraitində, hətta sərt iqlim və coğrafiyalarda belə missiya yerinə yetirə biləcək.

• TS 1400 mühərrik inteqrasiyasının tamamlanması ilə Türkiyə 100% yerli helikopter əldə edib.

• “Tam Boy Statik” Sınaq Mərkəzi ilə dünyanın ən böyük və ən əhatəli sınaq mərkəzlərindən biri “Gökbey” çərçivəsində Türkiyəyə gətirilib.

• Orta ölçülü gövdə olaraq təyin edilən “Gökbey” dünyanın bir neçə yeni nəsil helikopter layihələri arasında öz damğasını vurub.

• Əsl adı T625 ümumi məqsədli helikopter olan “Gökbey”in adı 2019-cu ildə keçirilən mərasimlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən verilib.

• İlk çatdırılma 2023-cü ildə Türkiyənin Jandarma Baş Komandanlığına ediləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MMU  


Bizi "telegram"da izləyin